9 C
BAKI
03 Dekabr 2020
GÜNİNFO
Image default
ŞOU-BİZNES

“Manga” ilə Sevda Qarabağ üçün oxudu – Haqlı bir mübarizə var – VİDEO

Türkiyənin məşhur “Manga” qrupunun solisti Fərman Akgül və Əməkdar artist Sevda Ələkbərzadə Qarabağ üçün duet oxuyublar.

“GUNinfo” qafqazinfo-ya istinadən xəbər verir ki, iki sənətçi Ələkbərzadənin “Ulu Vətən” mahnısını birgə ifa ediblər.

Təklif rok sənətçisindən gəlib, məqsəd Qarabağı Ermənistan işğalından azad edən Azərbaycan əsgərinə dəstək olmaqdır.

Bakıya gələn F. Akgül Türkiyə KİV-nə açıqlamasında bildirib ki, duet təklifini o edib: “Mən siyasətçi olmadığım üçün dərdimi musiqi ilə demək istədim. Haqlı bir mübarizə var. Bütün dünyanın bunu başa düşməsi lazımdır. Azərbaycanda böyük fan kütləmiz, dostlarım var. Olanları başqa bir duyğu ilə izləyirəm. Həmişə deyirik ki, Azərbaycanla Türkiyə qardaşdır. Bunu incəsənət adına göstərmək istədim”.

S. Ələkbərzadə isə qeyd edib: “Türkiyə dövləti bizə çox dəstəkdir. Bizim Vətən müharibəmizdə qardaşlarımız həm siyasətdə, həm də incəsənətdə bizə dəstəkdir. Biz bu gün birlikdə vətənpərvər ruhda bir mahnı yazacağıq”.

 

Bənzər yazılar

Kəskin tənəffüs çatışmazlığı

admin

DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi

admin

Tovuzda növbəti gərginlik — Düşmən iriçaplı pulemyotları işə saldı

admin

“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı” – Prezidentən sərt AÇIQLAMA

admin

Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər – SİYAHI

admin

Yardımlı icra başçısı və müavinləri yerli sakinləri rayondan didərgin salır – PREZİDENTƏ MÜRACİƏT(VİDEO)

admin