9 C
BAKI
01 Dekabr 2020
GÜNİNFO
Image default
ŞOU-BİZNES

Baloğlan Əşrəfov: “Hamıya demişəm ki, Şuşaya birinci mən gedəcəm”

“Hamıya demişəm ki, Şuşaya gediş-gəliş olandan sonra birinci mən gedəcəm. Bu günlərdə bizim sənət adamları qürur hissi ilə mahnılar oxuyurlar”.

GUNinfo xəbər verir ki, bu sözləri açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib.

 

Sənətçi zəfərlərimizin onu necə fərəhləndirdiyindən danışıb:

 

“Ərazilərimiz uzun illərdən sonra erməni quldurlarından qurtulur. Ona görə əsgərlərimizə baxırıq, fəxr edirik. İnanın, qohum-əqrabalarımdan şəhid olanlar var. Dayım oğlu da şəhadət şərbəti içdi. Ondan başqa qohumlar, tanışlar da həmçinin. Lakin xüsusi olaraq vurğulayım ki, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində torpaqlarımızın hamısı işğaldan azad olunacaq. Hələ o vaxtı Şuşaya səfər etmişdim. Atam orada istirahət edirdi. Mən də onun yanına getmişdim. O zaman Şuşaya, onun torpağına vurulmuşdum, heyran qalmışdım. Sonra düşünüb, təəssüflənirdim ki, belə bir şəhərimiz işğal olunub. Deyirdim görəsən bir də gedə biləcəmmi oralara? İndi şükür ədalət öz yerini tapır. Allah bu yolda şəhid olan oğullarımızın ruhunu şad eləsin. Hər birinin qarşısında baş əyirəm. Döyüşən igidlərimizin səs-soraqları gəldikcə fərəhlənirəm. Fəxr edirəm ki, mən də Azərbaycan xalqının bir nümayəndəsiyəm. Və millətim əzəli torpaqlarını işğaldan azad edir. Mən də o böyük qələbə gününü görəcəm .Çox istəyirəm ki, Qarabağa səfər edim”.Sherg.az

Bənzər yazılar

“”Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə)

admin

İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: “Niyə bu qədər uşaq doğursan?”

admin

Xatirə İslam tanınmaz hala düşdü – FOTO

admin

Tovuzda növbəti gərginlik — Düşmən iriçaplı pulemyotları işə saldı

admin

Daxili işlər naziri Vilayət Eyvazov üçün özəl gün

admin

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin