9 C
BAKI
01 Dekabr 2020
GÜNİNFO
Image default
SOSİAL

Bu şəhər və rayonlarımızda yoluxma artdı (RƏSMİ)

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. 
GUNinfo.az  koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın 55,9 faizlə Bakıda qeydə alındığını göstərir.
Sonrakı yerlərdə 14,9 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,5 faizlə Gəncə-Qazax, 4,1 faizlə Lənkəran, 2,4 faizlə Quba-Xaçmaz, 2,3 faizlə Şəki-Zaqatala, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Rəsmi məlumata görə, ən az yoluxma 0,09 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Bundan əvvəlki göstəricilərdə Naxçıvanda yoluxma səviyyəsi 0,10 səviyyəsində idi.
Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1 faizi ölkə xaricində yoluxanlardır.
Azərbaycanda 18 oktyabrda koronavirus infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 3  nəfər COVID-19-dan vəfat edib.

Bənzər yazılar

ŞAD XƏBƏR! Gələn ildən uşaqpulu veriləcək: nazirlik məbləği açıqladı

admin

Rusiya ilə sərhəddə azərbaycanlı həmvətənlərimiz gülləbaran edildi? – Dağıstan mətbuatı şok məlumatlar yaydı (VİDEO+FOTO)

admin

“Lider TV” müflis elan edildi – kanal bağlandı

admin

SON DƏQİQƏ: Hadı Rəcəbli koronavirusa YOLUXDU- İDDİA

admin

SON DƏQİQƏ! Azərbaycanda güclü partlayış – ağır yaralılar var

admin

Koronavirus (COVID-19) pandemiyası dövründə Füzuli bu gün – FOTO

admin