9 C
BAKI
03 Dekabr 2020
GÜNİNFO
Image default
SOSİAL

Azərbaycandan Ermənistana növbəti zərbə:Ya bu ərazilər, ya da 50 milyard dollar… – Şok GƏLİŞMƏ

Azərbaycanın cəbhədəki tarixi qələbəsindən sonra Dağlıq Qarabağ bölgəsindən çəkilməyə qərar verən Ermənistan ordusu 28 ildir işğal etdiyi əraziləri tərk edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, ayyarım davam edən qarşıdurmada həm şəxsi heyət, həm də hərbi texnikada ciddi itki verərək cəbhə xəttində düzəlməz zərbə alan Ermənistan ordusu bu dəfə geri çəkildiyi kəndləri yandırmağa və təbiəti məhv etməyə çalışır:

 

“Azad edilmiş rayonlara baş çəkən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğal altında saxladığı bölgələrdəki yaşayış məntəqələrini, məktəbləri, xəstəxanaları, tarixi abidələri, məscidləri və qəbiristanlıqları sökdüyünü, maddi və mənəvi ziyanın beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacağını və məhkəməyə verilərək təzminat tələb ediləcəyini deyib.

Məlumata görə, Əliyevin bəyanatından sonra Ermənistan ordusunun geri çəkildiyi bölgələrdə vurduğu ziyanı müəyyənləşdirmək üçün işçi qrupları yaradılıb və onlar artıq fəaliyyətə başlayıblar. Digər tərəfdən, beynəlxalq təşkilatlar və mütəxəssislər işğaldan azad olunan bölgələrə dəvət ediləcək. Zərər hesablandıqdan sonra Ermənistana qarşı beynəlxalq məhkəmələrdə kompensasiya iddiaları qaldırılacaq.

Qəzetin məlumatına görə, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ziyanın həcmi 50 milyard dollar civarındadır:

“Mütəxəssislərə görə, beynəlxalq məhkəmələr təzminat qərarı verəcəyi təqdirdə, iqtisadi çöküşə məruz qalan Ermənistan bu məbləği ödəyə bilmədiyi halda, torpaq verməli olacaq. Mütəxəssislər tarixdə bu cür nümunələr və təcrübələrin olduğuna diqqət çəkirlər”.

Bənzər yazılar

Ramil Məcidov Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi

admin

Mobil qurğularda istifadəçilərinin izlənmə prosesləri

admin

Ölənlərin sayı yarım MİLYONU ÖTDÜ – Dünya ÇALXALANIR

admin

Ramazan Mirzəyevin “qara kassası” Rəşadın “xidmətləri” nəticəsində faktların ifşa prosesi gecikdirilir. Lakin əminliklə deyə bilərik ki

admin

Aviasiya dəstəsinin 2 ədəd helikopteri

admin

Hidrogen mühərriklə işləyən yük maşını istehsal olunacaq

admin