16 C
BAKI
20 Oktyabr 2020
GÜNİNFO
Image default
SİYASƏT

“Heç bir qüvvə Rusiya-Azərbaycan dostluğunu poza bilməz” – İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya xalqına müraciət edərək hər iki ölkənin dostluq və əməkdaşlıq əlaqələri ilə bağlı olduğunu qeyd edib və əmin olduğunu bildirib ki, göstərilən cəhdlərə baxmayaraq, heç bir qüvvə buna təsir edə bilməz.

KONKRET.az xəbər verir ki, İ.Əliyev Azərbaycan və Ermənistan liderlərinin cümə axşamı Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdikləri paralel müsahibədə deyib: “Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir edə bilməz. Baxmayaraq ki, biz müxtəlif istiqamətlərdən nifaq salmaq, inamsızlıq yaratmaq cəhdləri görürük. Amma Rusiya və Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geri çəkilmirik, həm də irəliyə gedirik”.

“Mən bu imkandan istifadə etmək,  öz sözlərimi çoxmilyonlu Rusiya auditoriyasına ünvanlamaq istərdim. Çünki bəzən münaqişə ilə, onun tarixi ilə, bugünkü vəziyyətlə bağlı müxtəlif fikirlər olur. Faktlara əsaslanaraq, əslində nələrin yaşandığını və hazırda nələrin baş verdiyini tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirəm”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Bənzər yazılar

Ərdoğan: “Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”

admin

Yasamal rayonu

admin

SON DƏQİQƏ! Azərbaycanda güclü partlayış – ağır yaralılar var

admin

“Azərbaycan Ermənistan quldurlarının işğal etdikləri torpaqları bir-bir geri alır” – Ərdoğan

admin

Ənənəvi cəmiyyət və demokratik siyasi modernləşmə – SİYASİ TƏHLİL

admin

Lavrovdan özünəməxsus AÇIQLAMA: “Minsk Qrupunun təklifləri danışıqlar masasındadır, 5 rayon azad edilir”)))

admin