20 C
BAKI
20 Oktyabr 2020
GÜNİNFO
Image default
SİYASƏT

“DQR” adlı qondarma qurumu hansı axmaq tanıyar?

Ermənistan özünün edə bilmədiyini başqalarından gözləyəcək qədər başını itirib

Sentyabrın 27-də Qarabağ cəbhəsindəki təxribatlarından sonra “öz qazdıqları quyuya düşən” ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) tanınması üçün haray-həşir qoparırlar. Bir növ düşmən döyüş meydanındakı rüsvayçı məğlubiyyətini bununla əvəz etməyə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalarda tez-tez bu məsələni qabartması bunu deməyə əsas verir.

“Düşmənin bu istəyi cüzi də olsa, gerçəkləşə bilərmi” sualı yaranıb. Bu da əsassız deyil. Çünki Fransanın timsalında müharibə başlayandan bu günə qədər barmaqla sayılacaq ölkələr oldu ki, beynəlxalq hüquq prinsiplərinin tam ziddinə gedərək, təcavüzkar ölkənin yanında yer aldılar. Məhz həmin ölkələrin belə bir addım atıb-atmayacaqları barədə çoxsaylı mövqelər meydana çıxıb.

Burada maraqlı bir detal diqqəti çəkməyə bilməz. Belə ki, Ermənistanın özü belə qondarma rejimin “müstəqilliyi”ni tanımır. Bu da gülüş obyektinə çevrilir ki, özü tanımadığı bir qondarma rejimin digər ölkələr tərəfindən tanınmasını necə istəyə bilər.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Politoloq Əhəd Məmmədli ağlı başında olan dövlətin belə bir axmaq addım ata biləcəyini düşünmür: “Fransada bu çağırışlar ola bilər. Çünki bu ölkədə erməni lobbisi güclüdür. Fikirləşirəm ki, bu erməni lobbisinin haray-həşirindən başqa bir şey olmayacaq. Bu baxımdan kiminsə əleyhimizə belə bir addımın atıla biləcəyini düşünmürəm”.

Ə.Məmmədli Ermənistanın “DQR”in “müstəqil dövlət” kimi tanımamasının səbəblərinə aydınlıq gətirdi: “Ermənitan bunu axırıncı kozuru kimi saxlayıb. Artıq indi hədə-qorxu gəlirlər ki, biz bunu edə bilərik. Əgər bu baş tutarsa, Ermənistanla Azərbaycan arasındakı müharibə təkcə Dağlıq Qarabağ miqyasında deyil, bütün sərhədboyunu əhatə edə bilər. Azərbaycan üçün belə bir hüquq yaranar ki, Ermənistan ərazisinə onu cəzalandırmaq üçün öz ordusunu yeritsin. Rəsmi İrəvanın bu addımı onların sonunu gətirə bilər. İndiki məqamda belə düşmən ölkənin bu addımı atacağını düşünmürəm. Döyüş cəbhəsindəki gedişatdan da çox şey asılı olacaq. Qısa zamanda biz antiterror əməliyyatını bitirsək, bu məsələ birdəfəlik qapanacaq”.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayevin fikirləri də maraqlıdır: “Azərbaycan Ordusunun sentyabrın 27-də erməni provokasiyasından sonra işğal olunmuş ərazilərimizin azad olunması məqsədilə keçirdiyi  uğurlu antiterror əməliyyatı  Ermənistanda böyük panika yaradıb. Onlar özləri haqqında o qədər yüksək fikirdə idilər ki, Azərbaycanın torpaqlarını hərbi yolla alacağıq çağırışlarına ciddi yanaşmırdılar. İndi isə elə vəziyyətdədirlər ki, ordumuz qarşısında acizliklərini, hadisələrin bu həddə çıxmasında günahkar olduqlarını etiraf etmək istəmirlər. Əvəzində guya Azərbaycanın uğurlarını özü yox, Türkiyə ordusu və yaxın Şərqdən gətirilmiş silahlılar hesabına qazandığı  barədə bütün dünyaya yalan, saxta məlumatlar yaymağa başlayıblar. Bilirlər ki, bəzi dövlətlər maraqlarına uyğun olduğu üçün bu dezinformasiyalardan yararlanıb bizi təhdid etməyə cəhdlər göstərəcəklər. ”Dağlıq Qarabağın müstəqilliyi”nin tanınması ilə bağlı çağırışlar axmaq və kiminsə eşitməyəcəyi çağırışlardır. Əminəm ki, bu fikirlərə xeyir-dua həmin ölkələrin siyasi hakimiyyət nümayəndələri tərəfindən verilib və bir növ nəbz yoxlanılır. Amma Ermənistan özü belə bu addımı atmağa çəkinirsə, Rusiyanın və Fransanın  buna qərar verəcəyinə inanmıram.  Çünki bu addım onları dünya ictimayyəti qarşısında pis vəziyyətə qoyar və ATƏT-in Minsk Qrupu üçlüyünün iki üzvü kimi qərəzli olduqlarını sübut edər. Problemin illərlə uzanmasının əsas günahkarları kimi hədəfdə olarlar. Rusiyanın belə bir addımı atacağı halda öz əleyhinə işləyəcək  başqa bir səbəb də var. Bu da onların 2008-ci ildə Gürcüstanda buraxdıqları böyük səhvlə bağlıdır. Hesab edirəm ki, Rusiya o zaman Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla böyük səhv etdi.

Onsuz da həmin dırnaqarası dövlətləri başqa heç kim tanımayıb,  tanımayacaq və gec-tez Gürcüstanın ərazi bütövlüyü bərpa olunacaq. Yəni Rusiya heç nə qazanmadı. Əvəzində Gürcütanı birdəfəlik itirdi. Atdığı addımla bütün gürcü xalqının nifrətini qazandı. Bu hadisəyə qədər Rusiyaya isti, yaxud loyal münasibəti olan gürcü vətandaşları belə artıq həmin nifrətin daşıyıcılarıdır. Bu gün İvanişvilinin  Kremlə yaxın olduğunu bildirirlər. Hətta o, belə bu nifrətlə hesablaşmağa, Rusiyanın izini tamamilə Gürcüstandan silməyə yönəlik qərarlar verməyə məcburdur. Yəni Gürcüstan Rusiya üçün birdəfəlik itirildi.

Səbəb isə məhz separatçı rejimlərin tanınması oldu. Yəni Kreml istəmədən bu addımı ilə öz əleyhinə işləmiş oldu.  Eyni addımı Azərbaycanla bağlı atsa, Gürcüstandan daha böyük strateji maraqları olan bir ölkəni  birdəfəlik itirəcək. Başqa bir  məsələni nəzərə alın ki, 2008-ci ildə Gürcüstandakı avqust hadisələrində Rusiyanın Avropa və ABŞ-la çox yaxşı münasibətləri var idi. Bu gün isə həmin ölkələrlə demək olar ki, düşməndir. Krıma görə ciddi sanksiyalarla üz-üzədir. Bu sanksiyaları gücləndirmək üçün əlavə səbəblər vermək Moskvanı daha da küncə sıxa bilər”.

Cavanşir ABBASLI,
Yeni Müsavat”

Bənzər yazılar

Ərdoğan İlham Əliyevə zəng etdi – TƏCİLİ

admin

İRANIN İÇ ÜZÜ İFŞA OLUNDU:Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərdi- SƏNƏDLƏR

admin

Ərdoğan nazirləri topladı: Təcili Qarabağ müzakirəsi – SON DƏQİQƏ

admin

İlham Əliyev: “Onlar anaların göz yaşlarına görə cavab verəcək”

admin

İlham Əliyev: “Erməni qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri göstərib”

admin

Dinc əhaliyə qarşı erməni terroru – Moskva ilə Parisin kor və kar SİYASƏTİ

admin