20 C
BAKI
28 Oktyabr 2020
GÜNİNFO
Image default
SEÇMƏ

DYP-dən vətəndaşlara çağırış: “Diqqətli olun!”

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlar üçün bildiriş yayıb.

“Report”a daxil olan məlumatda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il fərmanı ilə Respublikanın bütün ərazilərində 2020-ci il 28 sentyabr tarixi saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən, Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olunur.

Qeyd olunan dövr ərzində Ermənistan tərəfindən ölkədəki sabitliyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsdi ilə terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olub.

Bununla əlaqədar təşvişə düşmədən ayıq-sayıq olmanız, əhalinin sıx cəmləşdiyi ərazilərdə, ictimai nəqliyyatda, eyni zamanda rəhbərlik etdiyiniz idarə və təşkilatlarda, həmçinin mülkiyyətinizdə və istifadənizdə olan nəqliyyat vasitələrində və ətrafında şübhəli şəxslər, bağlamalar və şübhə doğuran hər hansı əşya müşahidə etdikdə dərhal “102” xidmətinə, eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarına məlumat verməyiniz xahiş olunur”.

Bənzər yazılar

Patriot.az saytının 5 yaşı tamam olur

admin

Müharibə qapıdadır: Kreml də Nikola kömək edə bilməyəyəcək – Trofimçuk

admin

SON DƏQİQƏ: Hadı Rəcəbli koronavirusa YOLUXDU- İDDİA

admin

Hadi Rəcəbli və digər vətəndaşlarında da qanunu pozmağa haqqı yoxdur. Çünki bu

admin

Erməni təxribatı – 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər yaralanıb – Baş Prokurorluq

admin

Ermənistanın daha bir ballistik raket kompleksi vuruldu – SON DƏQİQƏ

admin