9 C
BAKI
01 Dekabr 2020
GÜNİNFO
Image default
SEÇMƏ

Deputat: “Onlar Azərbaycan xalqının bir nömrəli düşmənləridirlər” – MÜSAHİBƏ

“Ermənilərin abır-həyaları olsaydı, o ərazilərə gəlməzdi, amma gələcəklər də, yaşayacaqlar da…”

 

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir”

 

 

Milli Məclisin deputatı Cavid Osmanovun Pravda.az-a müsahibəsi:

 

– Hazırda müharibə başa çatıb. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi cəmiyyətə hansı ab-havanı gətirdi?

 

– İlk növbədə başda Prezident İlham Əliyev olmaqla, xalqımızı təbrik edirəm. Bu, Azərbaycanın tarixi və şanlı qələbəsidir. Son 500 ildə ilk dəfədir ki, işğal altında olan torpaqlarımız azad edilir. Təbii ki, bunun əsasında Ali Baş Komandan İlham Əliyevin 17 il ərzində qurduğu güclü iqtisadiyyat, ordu quruculuğu, ictimai-siyasi sabitlik dayanır. Azərbaycan xalqı Prezidentinə inanır, güvənir. Bu müharibə Azərbaycan xalqının milli qürurunu, mənliyini özünə qaytardı. 30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi, erməni vandalları bizim hisslərimizə toxunurdular. Nəticədə düşmən layiqli cavabını aldı. Artıq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. 44 gün ərzində Azərbaycanın rəşadətli ordusu misilsiz qələbə çaldı, düşmənin “məğlubedilməz ordu” mifini darmadağın etdi. Ordumuz düşmənin başından elə vurdu ki, hələ də özünə gələ bilmir. Ən önəmli məqamlardan biri də odur ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəddə Naxçıvanla kommunikasiyanın yaradılması əksini tapıb.

 

 

– İmzalanan bəyanat günlərdir ki, müzakirə olunur. Rusiya sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsindən narahat olanlar var. Sizcə, Rusiya sülhməramlıları Qarabağa niyə gəldi?

 

– Bəyanatın bəndlərinə baxsaq, görərik ki, hər biri ölkəmizin xeyrinədir. Sənəddə bildirilir ki, Ermənistan nəzarət etdiyi Kəlbəcər rayonunu 15 noyabradək, Ağdamı 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarır. Bu ərazilər döyüşsüz itkisiz Azərbaycana qaytarılır. Xankəndi, Xocalı və Xocavənddə də Azərbaycan qanunları işləyəcək, orada bayrağımız dalğanacaq. Doğrudur ki, insanları Rusiya sülhməramlılarının bölgəyə gəlişi narahat edir. Sülhməramlıların iştirakı vacibdir. Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir. Bu, Rusiyanın hərbi bazasının yaradılması deyil. Bu qüvvələrin məqsədi sırf sülhü bərqərar etməkdir. Göründüyü kimi, sülhməramlıların sayı çox deyil, belə ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. İnsanlar elə başa düşməsin ki, 1990-cı illərdir, zaman dəyişib, ölkəmiz güclənib. Rusiya ilə Azərbaycan yaxın tərəfdaşdırlar, mehriban qonşudurlar. Hər kəs gördü ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytrallıq nümayiş etdirdi. Qeyd etdi ki, döyüşlər Azərbaycanın ərazisində gedir, müdaxilə etmək etmək haqqımız yoxdur. İnsanlar əmin olsunlar ki, narahatlığa əsas yoxdur. İşğala qədər orada yaşayan ermənilər ölkəmizin qanunlarına tabe olmaqla qalacaqlar. Sülhməramlı qüvvələr həm ermənilərin, həm də azərbaycanlıların təhlükəsizliyini təmin edəcək. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırki müddəanın tətbiqinə xitam verilməsi ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddəti növbəti 5 il üçün uzadılır. Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar. Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq. Qurum Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq. Təəssüf edirəm ki, şanlı qələbəmizə anti-milli qüvvələr kölgə salmağa çalışırlar. Onlar Azərbaycan xalqının bir nömrəli düşmənləridir. Həmin şəxslər milli birliyə zərbə vururlar. İnsanlar onları tamamilə təcrid ediblər.

 

– Birgə yaşayışla bağlı fikirləriniz maraqlıdır, mümkün olacaqmı?

 

– Müharibədən sonrakı prosesin ən çətin dövrü budur. Nəzərə alın ki, 30 il müddətində qan tökülüb, düşmən münasibətdə olmuşuq. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində xüsusi vurğulayıb ki, işğala qədər orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, bundan sonra da onların yaşayışı üçün nə lazımdırsa, ediləcək. Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayırlar. Ölkədə 30 mindən artıq erməni var, onlarla bağlı hər hansı problem yaşanmayıb. Yəni biz birgəyaşayışa hazırıq. Amma Ermənistan isə monoetnik dövlətdir. Ona görə də bir qədər çətin olacaq. Burada əsas məsələ ərazi bütövlüyümüzün bərpa olunmasıdır, bu, qələbədir. Sentyabrın 27-dək bəzi güzəştlərə hazır idik, amma hazırda diktə edən tərəfik. Bu uğurun əsasında Prezident İlham Əliyevin qətiyyətli olması dayanır. Ermənilərin abır-həyaları olsaydı, o ərazilərə gəlməzdi, amma gələcəklər də, yaşayacaqlar da…

 

– Naxçıvan dəhlizinin Azərbaycan üçün önəmi nədən ibarətdir? İddia edirlər ki, dəhliz Ermənistana daha çox sərf edir, qismən blokadan çıxır…

 

– Bu, yanlış fikirdir. Dəhlizin önəmi Azərbaycanla Naxçıvanı quru yolla birləşdirir. Ermənilər ağılsızlıq edəcəklərsə, o dəhlizdən də məhrum olacaqlar. Ermənilər “dəmir yumruğu” yaddan çıxarmayacaqlar. Ağılla hərəkət etsələr, digər ölkələr kimi bölgənin iqtisadi potensialından istifadə edərlər. Ermənilər Azərbaycan torpaqlarını işğalda saxlamaqla öz iqtisadiyyatlarını məhv etdilər, özlərini dilənçi gününə saldılar. İnkişaf etmək istəyirlərsə, sülh şəraitində yaşamalıdırlar.

 

– Ermənistan bundan sonra hansı davranışı sərgiləcək, sizcə? Hər hansı təxribat meyilləri ola bilərmi?

 

– Ermənistanın hazırki vəziyyəti Azərbaycanın 1990-cı illərdəki vəziyyətinə bənzəyir. Ölkədə hakimiyyətsizlik, xaos hökm sürür. Ermənistanda böhran daha da dərinləşib. Düşmənimiz məkrlidir, namərddir. Terror təşkilatlarının çoxu elə Ermənistanda formalaşıb. Bütün bunları nəzərə alaraq, diqqətli olmalıyıq, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin tövsiyələrinə əməl etməliyik. Ermənilərdən hər şey gözləmək olar. Düşmənin məkrli olduğunu heç zaman unutmamalıyıq. Azərbaycan yaxın gələcəkdə daha güclü dövlətə çevriləcək. Prezidentin qurduğu strategiya ölkəmizi önə aparır.

 

– Bəzi siyasətçilər Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması təklifi ilə çıxış edirlər. Sizcə, bu mümkündür?

 

– Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığı dünyaya nümunədir. İkinci belə nümunə yoxdur. Azərbaycan və Türkiyə həmsərhəddirlər, hansısa ölkəyə təhdid olarsa, bir-birilərinə dəstək verirlər. Türkiyənin hərbi bazaları öz ərazisində, Azərbaycanın da hərbi bazaları öz ərazisindədir. İstənilən məsələdə Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni dəstəkləyir.

 

– Fransanın mövqeyini necə qiymətləndirirsiniz?

 

– Azərbaycan qələbə çaldıqdan sonra Fransa Xarici İşlər Nazirliyi qərəzli bəyanat yaydı. Fransa döyüşlər başlayandan Ermənistana açıq dəstək verirdi. Fransa unudur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindəndir, mandatı var. Onlar insan haqları məsələsinə də toxunublar. İlk növbədə Fransanın özündə insan haqlarının tapdanmasını görməlidirlər. “Sarı jiletli”lərin aksiyaları hər kəsin yadındadır, onlarla insan qətlə yetirildi. TF1 telekanalı cəbhədən reportaj hazırladığına görə təhdid edilirdi. Amma buna qarşı Fransanın hansısa rəsmisi etiraz etmədi. Azərbaycan xalqının hüquqları ermənilər tərəfindən 30 ildir, tapdanır. Biz bu məsələdə Fransanın heç bir bəyanatını görməmişik. Ermənistan terrorçu dövlətdir, Fransa da Ermənistanı dəstəkləyirsə, deməli, beynəlxalq terrorizmə dəstək verir. Biz bundan təəssüflənirik. Bütün bunlar bizə mane ola bilməz, artıq qələbə çalmışıq. Fransa rəhbərliyi bilməlidir ki, Qarabağ Azərbaycandır!

 

Kənan Mirzəyev

Bənzər yazılar

Operativ Qərargah məlumat yaydı: 946 nəfər yoluxdu, 7 nəfər vəfat etdi

admin

“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı” – Prezidentən sərt AÇIQLAMA

admin

Gecə saatlarında öldürülən kişinin qatili arvadı çıxdı – BAKIDA ŞOK CİNAYƏT

admin

DYP-dən vətəndaşlara çağırış: “Diqqətli olun!”

admin

Ramazan Mirzəyevin “qara kassası” Rəşadın “xidmətləri” nəticəsində faktların ifşa prosesi gecikdirilir. Lakin əminliklə deyə bilərik ki

admin

DİQQƏT! Hər kəs səfərbər olsun – Əsgərlərimizin bu ləvazimatlara ehtiyacı var – SİYAHI

admin