9 C
BAKI
03 Dekabr 2020
GÜNİNFO
Image default
RƏSMİ

SON DƏQİQƏ:Daxil İşlər naziri generalı vəzifəsindən azad etdi – Yeni təyinat

Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.
“BakuPost” xəbər verir ki, bu barədə Daxil İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə M.Seyidov Nəqliyyatda Baş Polis idarəsinin rəisi təyin olunub.
Xatırladaq ki, bu idarənin keçmiş rəisi, general-mayor Emin Şəkinski bu ilin oktyabrında vəfat edib.
Qeyd edək ki, Seyidov Mirqafar Mircəfər oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlayıb, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləyib.. 2005-2007-ci illərdə Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsininsəlahiyyətlərinin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.

Qeyd edək ki, T.Hacıyev 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində istintaq xidmətində müxtəlif məsul vəzifələrdə işləyib.
2014-2019-cu illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi və həmin Baş İdarənin rəis müavini, Zərdab rayon Polis Şöbəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib. 2019-cu ilin sentyabr ayında Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli 1306 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Xatırladaq ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib. O, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bənzər yazılar

Prezident İlham Əliyevdən karantin rejimi ilə bağlı VACİB FƏRMAN – SON DƏQİQƏ

admin

Vilayət Eyvazov polkovniki vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

admin

“Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb”” – İDDİA”

admin

Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi

admin

Milli Məclis bu günə təcili iclas ÇAĞIRDI – Prezidentə və xalqa bu müraciət olunacaq

admin

Nazir 5 direktor, 1 müdiri cəzalandırdı

admin