16 C
BAKI
20 Oktyabr 2020
GÜNİNFO
Image default
İDMAN

Uruqvaylı futbolçu Messinin tarixi rekordunu üstələdi

DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsinin Çili yığmasına qarşı 1-ci turunun matçında hesabı açmış Uruqvay yığmasının 33 yaşlı hücumçusu Luis Suares statistik nailiyyət qazanıb.

“Report” xəbər verir ki, Luis Suares özünün 22-ci qolunu vurmaqla Cənubi Amerikanın dünya çempionatına seçmə matçlarının bütün tarixi ərzində ən yaxşı bombardir olub.

O, Argentina yığmasının hücumçusu Lionel Messini bu göstəricisi üzrə qabaqlayıb. Argentinalı futbolçunun aktivində 21 qol var.

Messi və Suares 2014-cü ildən 2020-ci ilə qədər “Barselona”nın heyətində oynayıblar. 33 yaşlı uruqvaylı hücumçu cari transferlə Madrid “Atletiko”suna keçib. O, keçmiş mövsümdə klub səviyyəsində bütün yarışlarda 36 matç keçirib, 21 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Yasamal rayonu

admin

Kəskin tənəffüs çatışmazlığı

admin

Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət – Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ)

admin

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev

admin

“”Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə)

admin

Fatih Terim “Hayduk”u “Neftçi”dən daha yaxşı komanda adlandırdı

admin