9 C
BAKI
03 Dekabr 2020
GÜNİNFO
Image default
İDMAN

Türkiyə millisi Rusiyaya qalib gəldi

Futbol üzrə Türkiyə milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisi Millətlər Liqasının V turunda Rusiya ilə qarşılaşıb.

B liqasının 3-cü qrupunun İstanbulda baş tutan görüşü məhsuldar alınıb. Rusiyalılar Denis Çerışevin erkən qolu ilə hesabı açıb.

Lakin qrup liderinin üstünlüyü uzun sürməyib. 24-cü dəqiqədə qırmızı vərəqə alan Andrey Semyonovun meydanı tərk etməsindən sonra say üstünlüyü qazanan Şenol Günəşin yetirmələri qısa müddətdə iki qol vurub. Kenan Karaman və Çengiz Ündər 7 dəqiqəyə vurulan toplarla “ay-ulduzlular”ı hesabda önə çıxarıb. 

Fasilədən sonra Cenk Tosun penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb. Amma rusiyalılar Daler Kuzyayevin qolu ilə hesabdakı fərqi yenidən minimuma endirib.

Beləliklə, turnirdə ilk qələbəsini qazanan Türkiyə yığması A liqasına yüksəlmək şansını ən azı günün ikinci matçına qədər qoruyub. Macarıstan xal itirsə, “ay-ulduzlular” son tura da ümidlə çıxacaq. Türkiyə yığması bu üstünlüyü sonadək qorumağa müvəffəq olub. Qrup lideri olan şimallılar isə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Macarıstan Serbiyanı qəbul edəcək. Noyabrın 18-də baş tutacaq son turda Macarıstan Türkiyə, Serbiya isə Rusiya ilə ev matçına çıxacaq.

Millətlər Liqası
V tur
15 noyabr
B liqası
3-cü qrup
21:00. Türkiyə – Rusiya – 3:2
Karaman, 27, Ündər, 32, Tosun, 52 (pen.) – Çerişev, 11, Kuzyayev, 57

Bənzər yazılar

Daxili işlər naziri Vilayət Eyvazov üçün özəl gün

admin

Füzuli rayonunda taxıl biçini davam edir

admin

İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: “Niyə bu qədər uşaq doğursan?”

admin

Patriot.az saytının 5 yaşı tamam olur

admin

Sabirabadda içməli su ÇİRKAB içindədir – VİDEO

admin

SON DƏQİQƏ! Azərbaycanda güclü partlayış – ağır yaralılar var

admin