9 C
BAKI
01 Dekabr 2020
GÜNİNFO
Image default
İDMAN

Lüksemburqlu futbolçu: “Azərbaycan millisi 2 topdan artıq buraxmır”

“Tamamilə öz oyunumuza köklənmişik. Şansımızı saxlamaq üçün bizə 3 xal lazımdır”.

Guninfo.az-ın məlumatına görə, bu fikirləri Lüksemburq yığmasının futbolçusu Lars Gerson “wort.lu” saytına açıqlamasında UEFA Millətlər Liqasının VI turunda Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

30 yaşlı müdafiəçi Canni De Byazinin başçılıq etdiyi komandanın son 2 matçda qol buraxmadığını xatırladıb: “Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir. Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır. Bizə çətin olacaq. Təəssüf ki, heyətimiz rəqibdəki kimi geniş deyil. İdeyamızı dəyişməli olacağıq. Oyuna nəzarət edən tərəf biz olmalıyıq”.

Qeyd edək ki, bu gün “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bənzər yazılar

Şəhid ailəsinin yerli məmurların haqsızlıqlarından Prezidentə ŞİKAYƏTİ

admin

Ronaldo razılaşdı, son qərar verildi – Məşhur futbolçu bu komandaya GƏLİR?

admin

Aviasiya dəstəsinin 2 ədəd helikopteri

admin

“”Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə)

admin

SON DƏQİQƏ! Bu güendən iyulun 5-dək qoyulan qadağaların TAM SİYAHISI

admin

Prezident Seyfulla Əzimova general-leytenant rütbəsi verdi

admin