20 C
BAKI
20 Oktyabr 2020
GÜNİNFO
Image default
İDMAN

İspaniya evdə, Almaniya səfərdə qələbə qazanıb

Millətlər Liqasında III tura start verilib.

Apasport.az saytının məlumatına görə, I dövrənin son turu çərçivəsində 4 qrupda 7 oyun keçirilib.

A liqasında 4-cü qrupun komandaları meydana çıxıb. İspaniya İsveçrəni məğlubiyyətə uğradaraq liderliyini möhkəmlədib. Səfərdə Ukraynaya qalib gələn Almaniya 2-ci pilləyə yüksəlib.

C liqasında 1-ci qrupun iki matçı baş tutub. Ardıcıl 3-cü qələbəsini qazanan Monteneqro Azərbaycan millisinin qapısından 2 cavabsız top keçirib. Lüksemburq eyni hesabla Kipri üstələyib.

Zəiflərin yer aldığı D liqasında hər iki qrupun matçları baş tutub. 1-ci qrupda Farer adaları ilk xal itkisi ilə üzləşib. Lider ardıcıl 3-cü heç-heçəsini rəsmiləşdirən Latviya ilə sülhə imza atıb. Andorra və Malta arasında görüşdə qolsuz heç-heçə qeydə alınıb.

2-ci qrupun matçında bir qol vurulub. Liderlərin duelində Lixtenşteynə qalib gələn Cəbəllütariqi ikinci qələbəsini bayram edib.

Qeyd edək ki, turun digər matçları oktyabrın 11-də keçiriləcək.

Millətlər Liqası
III tur
10 oktyabr

A liqası
4-cü qrup
22:45. Ukrayna – Almaniya – 1:2
Malinovski, 76 (pen.) – Ginter, 20, Qoretska, 49
22:45. İspaniya – İsveçrə – 1:0
Oyarzabal, 15

Bənzər yazılar

SON DƏQİQƏ! Bu güendən iyulun 5-dək qoyulan qadağaların TAM SİYAHISI

admin

Xarici İşlər nazirliyində XÜSUSİ ƏMƏLİYYAT – DTX -a nazirliyin vəzifəli şəxslərini qandalladı

admin

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin

Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət – Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ)

admin

Qurtuluşumuzun, xilasımızın səbəbkarı Ulu Öndər Heydər Əliyevdir – Füzuli İH

admin

Azərbaycanda qaz borusu partladı – yaralılar var

admin