9 C
BAKI
01 Dekabr 2020
GÜNİNFO
Image default
GÜNDƏM

Ordumuz bu istiqamətdə irəliləyir: Düşmən qaçır… – CƏBHƏDƏN YENİ XƏBƏR

“İşğaldan azad edilən Cəbrayıl rayonun 13 kəndinin hər birinin strateji əhəmiyyəti var. Əvvəllər həmin kəndlərin işğal altında olması bizim irəliyə getməyimizə və digər ərazilərin azad edilməsinə müəyyən qədər maneələr yaradırdı. Amma artıq bu maneələr də aradan qaldırılıb.”

Bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov bu gün işğaldan azad edilən kəndlərin strateji əhəmiyyətindən danışarkən deyib. O, azad olunan bütün ərazilərin bizi qarşıya qoyulan tapşırığa yaxınlaşdırdığını bildirib:

“Əslində bütün ərazilər bizim üçün əhəmiyyətlidir, amma bəzi nöqtələr var ki, onların strateji əhəmiyyəti digərlərinə nisbətən daha çoxdur. Məhz həmin əhəmiyyətli nöqtələrin azad edilməsi ordumuzun daha da irəli getməsinə kömək edir.

Ümumilikdə, Cəbrayılın işğaldan azad edilməsi, düşmənin kommunikasiyasının ordumuzun nəzarətinə keçməsi deməkdir. Əgər əvvəllər həmin nöqələrdən düşmənə silah daşınırdısa, artıq bunu edə bilməyəcəklər. Çünki həmin ərazilər indi bizim nəzarətimizdədir”.

Hərbi ekspert hazırda Azərbaycan ordusun işğal altında olan digər ərazilər uğurunda mübarizə apardığını bildirib:

“Hazırda işğal altında olan digər ərazilər uğrunda döyüşlər gedir. Ordumuz çox qətiyyətlə irəliləyir. Hədəfimiz işğal altında olan bütün ərazilərin tamamilə işğaldan azad olunmasıdır. Bəzi məlumatlar var ki, onları öncədən açıqlamaq olmaz. Amma ümumilikdə deyə bilərəm ki, düşmən artıq tab gətirə bilmir və silahlarını qoyub qaçırlar. Bu, ordumuzun nə qədər güclü, düşmənin isə nə qədər qorxaq olduğunu göstərir. Hər kəs əmin olsun ki, Azərbaycan ordusu qarşıya qoyulan tapşırığı ən yüksək səviyyədə yerinə yetirir”.

Bənzər yazılar

SON DƏQİQƏ: Paşinyan İSTEFAYA GÖNDƏRİLDİ – təcili seçkilər olacaq

admin

Füzuli rayonunda taxıl biçini davam edir

admin

Kreml “düymə”yə basdı – İrəvandakı səfirlikdə müəmmalı görüş

admin

Daşaltında şok əməliyyat: Şuşada erməni darmadağını – SON DƏQİQƏ

admin

Rusiyanın Azərbaycana DEMARŞı, terror ölkəsi ermənistana REVERANŞı artırır – ARAŞDIRMA

admin

ABŞ Azərbaycanın müharibə taktikası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ: Çin və Rusiya… – General DETALLARI AÇDI – VİDEO

admin