9 C
BAKI
01 Dekabr 2020
GÜNİNFO
Image default
GÜNDƏM

FHN Bakıda yolları gölməçələrdən təmizləyir – FOTO

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yerlərin su ilə dolması insanların, habelə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlər əsasında Nazirliyin müvafiq qüvvələri su dolmuş ərazilərdən suyun kənarlaşdırılması işlərinə cəlb olunub.

Bu barədə FHN məlumat verib.

Belə ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Binəqədi, Sabunçu, Suraxanı, Nizami və Qaradağ rayonlarında yağış suları dolmuş bəzi ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyyəsi həyata keçirilib.

Bundan başqa, Xaçmaz rayonunda da analoji işlərə FHN Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda bəzi ərazilərdə işlər davam etdirilir.

Bənzər yazılar

SON DƏQİQƏ!Ordumuz şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi belə yaralandı

admin

Ölənlərin sayı yarım MİLYONU ÖTDÜ – Dünya ÇALXALANIR

admin

Aviasiya dəstəsinin 2 ədəd helikopteri

admin

Ordumuz erməni hərbiçilərin belə MƏHV ETDİ – yüzlərlə cəsədin ən son görüntüləri- VİDEO

admin

Erməni qadınından Azərbaycan əsgərlərinə: “Evinizə xoş gəldiniz!” – VİDEO

admin

Rusiyanın Azərbaycana DEMARŞı, terror ölkəsi ermənistana REVERANŞı artırır – ARAŞDIRMA

admin