9 C
BAKI
01 Dekabr 2020
GÜNİNFO
Image default
GÜNDƏM

DTX vacib məlumat yaydı – SON DƏQİQƏ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

GUNinfo.az  xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytında məlumat yerləşdirilib. Bildildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düsməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində bir neçə dəfə əhali rəsmən məlumatlandırılır.

 

“Bütün bunlara baxmayaraq, ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycan Ordusunun bəzi yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törətməklə qələbənin asanlıqla qazanılması kimi cəmiyyətdə yanlış təsəvvürlərin və arxayınçılığın formalaşmasına zəmin yaradır. Vətəndaşlarımızın qələbə əhvali-ruhiyyəsinin yüksək olmasını, ərazilərimizin tez bir zamanda düşməndən azad edilməsi kimi müqəddəs arzularını anlayışla qarşılayaraq, onlardan yalnız rəsmi məlumatlara istinad etmələri, dəqiqləşdirilməmiş məlumatları yaymamaları xahiş olunur.

 

Unutmayaq ki, biz məkrli düşmənlə üz-üzəyik, döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da erməni tərəfinin mənafeyinə xidmət edə bilər”, – deyə məlumatda qeyd edilib.

Bənzər yazılar

TÜRK GENERALdan ŞOK AÇIQLAMA: “Rusiya Azərbaycana qarşı hərbi addımlar atsa, əmin olsun ki, qarşısında Türkiyə Ordusunu görəcək”

admin

Paşinyan “ÖLDÜ” – Ermənilər onu necə “DƏFN” edəcəklər? – AÇIQLAMA

admin

SON DƏQİQƏ: Hindistanla Çin arasında dəhşətli MÜHARİBƏ BAŞLADI – çox sayda ölü və yaralıların olduğu deyilir

admin

Ermənilər Şəmkirin kəndini və Ağdamın Quzanlı qəsəbəsini raket atəşinə tutdu – TƏCİLİ

admin

Ramazan Mirzəyevin “qara kassası” Rəşadın “xidmətləri” nəticəsində faktların ifşa prosesi gecikdirilir. Lakin əminliklə deyə bilərik ki

admin

Paşinyan xalqına müraciət etdi: “Heç bir ərazi Azərbaycana qaytarılmayacaq, sona qədər müharibə”

admin