20 C
BAKI
28 Oktyabr 2020
GÜNİNFO
Image default
DÜNYA

“Qarabağ səmasını Türk və İsrail PUA-larından qorumaq lazımdır” – Rusiyalı deputat

Rusiyalı deputat erməni işğalı altında olan torpaqlarımıza qanunsuz səfər edib.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vitali Milonov Xankəndidə separatçı başçı Araik Arutyunyanla görüşüb.

O, bu barədə özünün sosial şəbəkə hesabında qeyd edib:

“Bu gün Dağlıq Qarabağın prezidenti Araik Vladimiroviç Arutyunyanla görüşdük. Bu çətin günlərdə ürəyimiz qardaşlarımızladır, münaqişənin Azərbaycan və Türkiyə tərəfindən hərb yolu ilə həlli yolverilməzdir. Ümid edirik ki, Qarabağın sülh səması təcavüzdən etibarlı şəkildə qorunacaq və artıq heç bir Türk PUA-sı can almayacaq”.

İnstagram səhifəsində isə Xankəndidən foto paylaşaraq Qarabağ ermənilərinə yardım etməyə çağırıb və “Hal-hazırda Stepanakertdə müttəfiqi Türkiyə olan Azərbaycan Ordusunun İsrailə aid PUA-larını görmək təəccüblüdür. Qarabağ səmasını qorumaq lazımdır” yazıb.

Qeyd edək ki, deputat Vitali Milonov Rusiyanın hakim “Vahid Rusiya” partiyasının üzvüdür.

Bənzər yazılar

Xarici İşlər nazirliyində XÜSUSİ ƏMƏLİYYAT – DTX -a nazirliyin vəzifəli şəxslərini qandalladı

admin

Ölənlərin sayı yarım MİLYONU ÖTDÜ – Dünya ÇALXALANIR

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ: Sərt karantin rejimi ləğv olundu?- RƏSMİ

admin

Prezident Seyfulla Əzimova general-leytenant rütbəsi verdi

admin

Aviasiya dəstəsinin 2 ədəd helikopteri

admin

DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi

admin