9 C
BAKI
01 Dekabr 2020
GÜNİNFO
Image default
DÜNYA

Almaniya Bundestaqının iki deputatı Azərbaycana qarşı çıxdı – Xankəndi və Şuşaya gəldilər

Almaniya Bundestaqının iki deputatı (ultra sağçı “Almaniya Alternativ” partiyasından) dünən işğal edilən Dağlıq Qarabağa gəlib.

GUNinfo.az  xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Mənbə bildirir ki, alman deputatlar Xankəndi və Şuşanı ziyarət ediblər və sonra burada müvəqqəti yaşayan erməni “rəsmilərlə” ortaq mətbuat konfransı keçiriblər.

Bundestaqın üzvləri çıxışlarında dünya ölkələrinin parlamentlərini yalnız danışmağa deyil, həm də hərəkət etməyə, Qarabağda əks-hücum əməliyyatı aparan Azərbaycana və onları silahla təmin edən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Ermənipərəst deputatlar reallığı (əsil reallıq erməni işğalıdır) dünyaya çatdırmaq, Azərbaycan və Türkiyəyə sanksiyalar tətbiq etmək üçün hər şeyi edəcəklərini deyiblər.

Bundestaqın üzvü Steffen Kotre bildirib ki, Türkiyə-Azərbaycan silahlı qüvvələri Qarabağda müvəqqəti yaşayan erməniləri məhv etməyə çalışırlar (terrorçuları məhv etmək hər bir azərbaycanlının müqəddəs borcudur).

Haşiyə: Erməni iş adamlarının pulları ilə yal içən bu satqınların çərənləmələri rəsmi Bakı üçün heç bir əhəmiyyət daşımır. Sadəcə onlar zavallı ermənilərə tərəf olmaqla gözəl Azərbaycanımıza gəlmək, dadlı xörəklərimizdən dadmaq, turist bölgələrimizi gəzmək şansından məhrum olurlar. Yəqin ki, həmin “deputatlar” Azərbaycanın qara siyahısına daxil ediləcəklər. Bəlkə də adları çoxdan bu siyahıdadır.

Babək Göyüş                       

KONKRET.az

Bənzər yazılar

“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı” – Prezidentən sərt AÇIQLAMA

admin

Azərbaycanda qaz borusu partladı – yaralılar var

admin

Türk general rus əsgərlərinin Qarabağa gəlişi ilə bağlı DETALLARI AÇDI – ƏSL SƏBƏB BUDUR

admin

Yardımlı icra başçısı və müavinləri yerli sakinləri rayondan didərgin salır – PREZİDENTƏ MÜRACİƏT(VİDEO)

admin

Daxili işlər naziri Vilayət Eyvazov üçün özəl gün

admin

İranda dəhşətli vəziyyət – Ruhani qərar verdi

admin