9 C
BAKI
03 Dekabr 2020
GÜNİNFO
Image default
BANNER CƏMİYYƏT

Salyan İcra Hakimiyyəti böhtançını təkzib etdi – “O şəxs təxribatçıdır”

Salyan İH-dən GUNinfo.az-a açıqlama daxil olub.
 Açıqlamada deyilir:
“Sosial şəbəkə və internet resuslarında Salyan rayon icra hakimiyyəti ilə bağlı yalan məlumatlar və videoçarx  yer alıb.
Video sahibinin iddiasında deyilir ki, Salyan icra hakimiyyəti əsgər ailəsindən üz çevirib, ailə evinin kirayə haqqın verə bilmir, rayon rəsmiləri də buna göz yumur. Qeyd edək ki, məlumatı yayan şəxs özü çəkdiyi videoda həm adını həm də əsgər ailəsin kimliyini demir. Daha sonra video sahibi guya əsgər ailəsini ziyarət etdiyini və bununla bağlı icra hakimiyyətinə zəng vursada haqsızlıqla qarşılandığını iddia edib. 
 Salyan rayon İcra hakimiyyətinin belə məlumatları qəti şəkildə pisləyir. Və bildirir ki,  icra başçısı Salyana təyin olunduğu gündən şəhər sakinlərinin bütün problemlərinin həllində maraqlı olub, əhaliyə mütamadi qəbullar keçirib. Hər zaman Şəhid Ailələri, Əlillər eləcədə Əsgər valideynləri xüsusi diqqətdə saxlanılıb. 44 gün davam edən İkinci Qarabağ Müharibəsi dövründə də icra başçısı və rayonun bütün vəzifəli şəxsləri Şəhid və Əsgər ailələrini mütamadə ziyarət edib, problemlər və çatışmazlıqlar dərhal yerində həll olunub.Və bundan sonra da Ali Baş Komandanımızın siyasətinə sadiq qalaraq,  hər bir rayon sakininin, eləcədə Əlillərin, Əsgər və Şəhid ailələrinin yanında olacaq, dərdi – dərdimiz hesab edilib, ediləcəkdir.
Bildiririk ki,  bu gün belə qarayaxma kompaniyaları kimlər tərəfindən paylaşdığı bizə məlumdur. Bu cür yüngül üsullarla, Azərbaycan Əsgəri üzərində yaraşmayan hərəkətlərlə gündəmə gəlmək istəyənlər təxribatçıdır. Tərəfimizdən böhtana yol vermiş şərhçilər və şanrajçılar barəsində hüquq mühafizə orqanlarına müraciət ediləcək”.
Vasif
GUNinfo.az

Bənzər yazılar

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz – TAM SİYAHI

admin

SON DƏQİQƏ: Ermənilər Goranboya hücum etdi – RƏSMİ

admin

SON DƏQİQƏ!Rəcəb Tayyib Ərdoğandan kritik açıqlama: “Masadan qaçdılar”

admin

SON DƏQİQƏ: Azərbaycan Ordusu Şuşanı tam nəzarətə götürüb – “təmiz”lik işləri aparılır(“İzvestiya”)

admin

Ağdam və Xocavənd istiqamətlərində şiddətli döyüşlər gedir – RƏSMİ

admin

SON DƏQİQƏ: Ordumuz daha iki rayonu və bir neçə əhmiyyətli yüksəklikləri işğaldan AZAD ETDİ

admin