16 C
BAKI
20 Oktyabr 2020
GÜNİNFO
Image default
CƏMİYYƏT

Ordumuz erməni könüllülərinin daha bir qrupunu məhv etdi – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb.

GUNinfo.az-ın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  bildirilib ki, bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.

Məlumata görə, Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Həmçinin bildirilib ki, 10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

Onuda qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əks-hücum əməliyyatlarında lazım olan bütün müasir silah və hərbi texnikalarla təchiz edilib.

 

Bənzər yazılar

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA

admin

Rusiya İran sərhədindən Ermənistana hərbi texnika göndərdi — VİDEO+FOTOLAR

admin

Baş prokurorluq Nərimanov icra başçısının QARA KASSASIN axtarışa verdi – Abdin Fərzəliyevin adı cinayət işində?

admin

“Ad günün mübarək, Nigar. Bağışla ki…” – Hikmət Hacıyev

admin

Qarabağda Azərbaycana qarşı döyüşən daha 51 erməni məhv edildi – ADLAR

admin

Novxanıda Ramiz Mehdiyevin 155 hektar torpaq sahəsi üzə çıxdı – FOTOFAKT

admin