9 C
BAKI
01 Dekabr 2020
GÜNİNFO
Image default
CƏMİYYƏT

Ceyhun Bayramov və Mnaçakanyan ABŞ dövlət katibi ilə görüşə gedir

Azərbaycan xarici işlər naziri  Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnaçakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaqlar.

GUNinfo.az xəbər verir ki, bu haqda POLITICO nəşri bildirir.

Qeyd olunur ki, hələlik nazirlərin arasında ikitərəfli görüşün baş tutub-tutmayacağı, o cümlədən ABŞ rəsmilərinin onların iştirakı ilə üçtərəfli danışıqlar təşkil etməyə cəhd edəcəyi məlum deyil. “Lakin onların eyni gündə Vaşinqtona səfərləri bunu göstərir ki, ABŞ bərpa edilmiş münaqişənin yumşaldılmasına dair səylərini fəallaşdırıb”,- nəşr yazır.

Səfərlər habelə Tramp administrasiyasına ABŞ-da seçkilərə bir neçə gün qalmış dünya liderliyini nümayiş etdirmək şansı da verir. ABŞ hökumətinin sənədlərinə əsasən Ceyhun Bayramov Maykl Pompeo ilə oktyabrın 23-də səhər görüşəcək. Bunun ardınca dövlət katibinin Ermənistan XİN rəhbəri ilə görüşü baş tutacaq.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ceyhun Bayramovla Zöhrab Mnaçakanyan arasında Vaşinqtonda görüş imkanını istisna etməyib.

Xatırladaq ki, bundan əvvəl oktyabrın 9-da Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə 11 saatdan çox çəkən danışıqlar aparıblar. Bu danışıqlarda Qarabağda humanitar atəşkəsin əldə edilməsi və danışıqların bərpası razılaşdırılıb. Lakin Ermənistan tərəfi həmin razılaşmaya əməl etmir.virtualaz.org

Bənzər yazılar

Daşnaksütyunun İrəvan “lideri” Ağdərədə məhv edildi

admin

Salyan İcra Hakimiyyəti böhtançını təkzib etdi – “O şəxs təxribatçıdır”

admin

Prezident Seyfulla Əzimova general-leytenant rütbəsi verdi

admin

Koronavirus (COVID-19) pandemiyası dövründə Füzuli bu gün – FOTO

admin

SON DƏQİQƏ! Azərbaycanda güclü partlayış – ağır yaralılar var

admin

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev

admin