9 C
BAKI
03 Dekabr 2020
GÜNİNFO
Image default
CƏMİYYƏT

Baş Prokurorun yubileyidir – Kamran Əliyevin karyera yolu

Bu gün Baş Prokuror Kamran Əliyevin doğum günüdür.

GUNinfo-nun xəbərinə görə, Baş Prokurorun 55 illik yubileyidir.

K.Əliyev 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunub.

1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, eyni zamanda həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının sədri, Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı”, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidentidir. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

GUNinfo.az-ın rəhbərli və kollektivi Kamran Əliyevi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cansaqlığı və yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.

Bənzər yazılar

Patriot.az saytının 5 yaşı tamam olur

admin

FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı

admin

Ordumuz erməni könüllülərinin daha bir qrupunu məhv etdi – RƏSMİ

admin

“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı” – Prezidentən sərt AÇIQLAMA

admin

Ermənilər yenə öz saxta abidələrilə gündəm yaradır.

admin

Gəncə, Mingəçevir və Tərtərdə mülki əhalini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirildi – RƏSMİ

admin