9 C
BAKI
03 Dekabr 2020
GÜNİNFO
Image default
BANNER GÜNDƏM

DİQQƏT! Azərbaycan Ordusu ağır hərbi texnika və çox sayda əsgərlə Ağdamın mərkəzinə girdi – ANBAAN VİDEO

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın öhdəlikləri çərçivəsində Ermənistan hərbi birləşmələri və bəzi kəndlərə sonradan yerləşdirilən ermənilər Ağdamı tərk edir.

GUNinfo  oxu24-ə  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bölgəyə Azərbaycan ordusu daxil olub.

Sosial mediada paylaşılan görüntülərdə Azərbaycan ordusuna aid zirehli texnikaların Ağdama doğru hərəkət etdiyi və yol kənarındakı azərbaycanlıların əsgərlərə alqışları əks olunub.

Bu arada, Ağdamdan çıxan Ermənistan ordusu istifadə etdiyi bölmələri, bina və nəzarət məntəqələrini yandırıb.

Qeyd edək ki, öhdəliyə əsasən, Ermənistan 20 noyabrda Ağdamı Azərbaycana təhvil verməlidir.

Ağdamın 77%-i 1993-cü ildə erməni separatçıları tərəfindən işğal olunmuşdu. 200 minə yaxın azərbaycanlı yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı.

 

Bənzər yazılar

Azərbaycanın 2 şəhəri və 5 kəndinə giriş-çıxış dayandırıldı— RƏSMİ

admin

Prezidentdən növbəti ŞAD XƏBƏR: Bu ərazilərimiz də işğaldan azad olundu

admin

SON DƏQİQƏ: DTX əhaliyə vacib müraciət etdi – Bu halı gördükdə zəng edin

admin

SON DƏQİQƏ: Ordumuz Tərtər istiqamətində hücuma keçdi – Topçular və səma şahinlərimiz düşməni belə MƏHV EDİR

admin

“İcra başçıları, televiziyalar müğənnilərin pulunu vermir” – Fotolar+Video

admin

SON DƏQİQƏ! Bu güendən iyulun 5-dək qoyulan qadağaların TAM SİYAHISI

admin