9 C
BAKI
03 Dekabr 2020
GÜNİNFO
Image default
ƏYALƏT

SON DƏQİQƏ! Ağdama gedən yol açıldı – İLK VİDEO

Sosial şəbəkələrdə Ağdama gedən yolun açılması ilə bağlı video yayılıb.

GUNinfo xəbər verir ki, videoda Ağdam yolundan hər hansı bir maneənin olmadığı görünür.

Həmin videonu təqdim edirik :

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

 

 

Bənzər yazılar

Bərdəni atəşə tutan “Smerç” belə məhv edildi – ANBAAN VİDEO

admin

Sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır, təxribatdır – MN

admin

“Kəlbəcər istiqamətində Azərbaycan Ordusu erməni mövqelərinə zərbələr endirir” – Şuşan Stepanyan

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ – bu şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə veriləcək – QƏRAR VERİLDİ

admin

SON DƏQİQƏ! Türkiyədə gücülü zəlzələ oldu – 6 bina çökdü – VİDEO

admin

Kəskin tənəffüs çatışmazlığı

admin