11 C
BAKI
02 Dekabr 2020
GÜNİNFO
Image default
BANNER ƏYALƏT MANŞET

ŞOK AÇIQLAMA:İkinci Qarabağ müharibəsi başladı?

İki gündür ki, Ermənistan ordusu Azərbaycanla cəbhə bölgəsinin Tovuz istiqamətində təxribatlarını davam edir. Sentyabrın 21-də Tovuz istiqamətində törədilən növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun bir hərbi quluqçusu şəhid olub. Təxribatlar davam edərsə, Azərbaycan-Ermənistan arasında ikinci Qarabağ müharibəsi başlaya bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, son dövrlər Ermənistan Azərbaycana qarşı müxtəlif təxribatlara əl atır:

“Cəbhənin həm Ermənistanla sərhədində, həm də Dağlıq Qarabağ bölgəsində ermənilər təxribatlarını davam etdirirlər. Bu təxribatlar gah Dağlıq Qarabağ bölgəsində seçkilər keçirilməklə, gah da qeyri-qanunu məskunlaşdırma siyasəti ilə aparılır. Eyni zamanda Baş nazir, qondarma rejimin rəhbərliyi Azərbaycana qarşı sərsəm 7 şərt irəli sürüb. Davamlı olaraq Ermənistan xüsusilə Azərbaycanla Tovuz istiqamətində təxribatlara əl atır. Bunun da səbəbi var. Ermənistan rəhbərliyi sadəcə daxildəki gərginlikdən fikri yayındırmağa çalışır. Bu, Ermənistanın döyüş əhval-ruhiyyəsini qaldırmaq istiqamətində növbəti cəhdidir. Belə təxribatların qarşısını almağa ordumuz tam hazırdır və geniş imkanları var. Dövlətin niyyəti qətidir və bu istiqamətdə bütün addımlar atılır”.
Deputat qeyd edib ki, hər an düşmən təxribata əl ata və atəşkəsi poza bilər:

“Ona görə də ayıq-sayıq olmalıyıq. Ermənistanın sentyabrın 21-də törətdiyi növbəti təxribatı nəticəsində ordumuzun daha bir hərbçisi şəhid oldu. Bütün bunlar onu göstərir ki, Ermənistan bu təxribatları davamlı etməyə qərarlıdır. Azərbaycan uzun müddətdir ki, Ermənistanla danışıqlar aparsa da, görünən odur ki, ermənilər təxribatları dayandırmaq fikrində deyillər. Artıq bu onlar üçün xarakterik hal alıbdır. Ermənistandan hər şey gözləmək olar. Amma onu da qeyd edim ki, Azərbaycan ordusu bütün təxribatların qarşısını almağa tam hazırdır. Ermənistanın bütün təxribatlarının qarşısı tam qətiyyətlə alınacaq. Azərbaycan torpaqlarının itkisi ilə heç vaxt barışmayacaq. Azərbaycan heç vaxt torpaqlarının itkisi ilə barışmayacaq. Bu gün baş verənlər onu bir daha göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün lazım olan addımları atacaq.

Ermənistan da anlamalıdır ki, Azərbaycan işğalla barışmayacaq, bütün potensialından istifadə edərək torpaqlarını işağldan azad edəcək. Azərbaycan bir qarış torpağını da ermənilərdə qoymayacaq”.

Aysel Yusifqızı

Bənzər yazılar

Müharibənin 2-ci mərhələsi baylayır, Naxçıvandan İrəvan darmadağını – Zülfüqarovdan ŞOK AÇIQLAMA

admin

“Əli Nağıyev Qarabağda savaşmış Vətən oğlu kimi DTX-ni qürurverici hala gətirdi”

admin

İşğaldan azad olunan yaşayış məntəqələrimiz və strateji yüksəkliklər -TAM SİYAHI

admin

SON DƏQİQƏ: Azərbaycanda 8 minə yaxın şagird məktəbdən imtina etdi

admin

Yardımlı icra başçısı və müavinləri yerli sakinləri rayondan didərgin salır – PREZİDENTƏ MÜRACİƏT(VİDEO)

admin

Salyan İcra Hakimiyyəti böhtançını təkzib etdi – “O şəxs təxribatçıdır”

admin