11 C
BAKI
02 Dekabr 2020
GÜNİNFO
Image default
ƏYALƏT

Azərbayca, Ermənistanla, Sosial Müdafiə Nazirliyi və Gədəbəy icra hakimiyyəti isə jurnalist ilə döyüşür…

Gədəbəy rayon prokurorluğu tərəfindən  Anews.az-ın bölgə müxbiri Zaur Qənbərova qarşı qaldırılmış cinayət içi üzrə məhkəmənin son clasına dövlət ittihamçısı  jurnalisti  3,6 ay müddətinə həbs etməyi tələb edib.
4 may 2020-ci il tarixində  Zaur Qənbərov vətəndaş şikayətini araşdırmaq üçün  DSMF-nin Gədəbəy rayon şöbəsində öz vəzifəsini yerinə yetirərkən şöbə müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülüb və hadisəni çəkdiyi üçün telefonu sındırılıb. Elə həmin gün Polisə müraciət etməsinə baxmayaraq Gədəbəy rayon prokurorluğunda jurnalistin özünə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsilə ilə cinayət işi başladılıb. Gədəbəy rayon Polis şöbəsində polis polkovnik-leynitnantı İbrahim Hüseynovun rəhbərliyi ilə istintaq davam etdirilib. İstintaq prosesində jurnalist tərəfindən verilən vəsatətlər təmin edilməyib. Verilən əsaslı sübutlar, video, səs yazıları və fotofaktlar qəbul edilməyib, qəbul edilənlər isə sonra iş materialından müəmmalı  şəkildə yoxa çıxıb.
Zaur Qəmbərov ona qarşı irəli sürülən saxta ittihamlara etiraz olaraq aclıq aksiyası keçirib və Ombusman aparatının əməkdaşlarının işə müdaxiləsi və xahişi əsasında aksiyanı dayandırlb.
Eyni münasibət Gədəbəy məhkəməsində keçirilən iclaslarda da müşahidə olunub.

1 oktyabr  2020-ci tarixində baş tutan baxış iclasında jurnalistə qarşı DSMF-nin Gədəbəy rayon şöbəsinin əməkdaşları İbrahim Ələsgərov, İsfəndiyar Qələndərov, DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun işçiləri Mahmud Məmmədov, Elsevər Mustafayev, Əhməd Quliyev, Nəsimi Əliyev, İlqar İbrahimov, Fərid Əlizadə, Almaz İbrahimova, Natalya Çivildeyeva, Vəfa Süleymanlı,  Əmiraslanov Natiq şahid qismində iştirak ediblər.

24 sentyabr və 1 oktyabr 2020-il tarixlərində baş tutan iclaslarda Vəfa Süleymanlı, Natiq Əmiraslanov, Əhməd Quliyev, Elsevər Mustafayev, Natalya Çivildeyeva, Almaz İbrahimova və Fərid Əlizadə dindirilib.

Sonda jurnalistin vəkili Rəşad Babayev tərəfindən verilən 3 vəsatət təmin edilməyib. Dövlət ittihamçısı Verdiyev Mövlamverdi Allahverdi oğlu jurnalistə 3 il 6 ay istəyib.

Vəkil Rəşad Babayev çıxış üçün vaxt istəyib.  Hakim Marif Kazımov növbəti məhkəmə iclasını 8 oktyabr 2020-ci il tarixinə təyin edib.

Jurnalist Zaur Qənbərov bildirir ki, şahidlər ziddiyyətli ifadə verməsinə baxmayaraq məhkəmə nəzərə alınmadı. “Şahidlər tam ziddiyyətli ifadə verdilər, açıq-aydın məhkəmə istintaqını aldadırdılar. Hadisəni şahidlər müxtəlif cür xarakterizə edirlər. Nə məhkəmə, nə də dövlət ittihamçısı şahidlərin yalan ifadələrinə diqqət etmədilər. Hətta şahidlərin telefon danışıqlarında həqiqəti söyləməsi və işin sifarişçisi Gədəbəy RİH-ın başçısı İbrahim Mustafayev olması  barədə video, audio yazılar, fotofaktlar məhkəməyə təqdim etsəmdə qəbul edimədi. Saxta ittihama dair vəkilim tərəfindəm vəsatətlər verilsə də təmin edilmədi”- deyə Qənbərov bildirir.

O həmçinin bildirir ki, məhkəməyə təqdim olunan video, audio və fotofaktların olduğu diski geri qaytarmadılar. “Şahidlərin həqiqəti söyləməsi və mənim həbsimin şifarişçisi icra baçısı olması barədə olan video, audio və fotofaktlar məkhəmə təqdim etdim. Məhkəmə və dövlət ittihamçısı həmin faktları qəbul etmədilər və həmin faktları mənə geri qaytarmadılar. Həmin məlumat Gədəbəy icra hakimiyyətinə və DSMF-nin Gədəbəy rayon şöbəsinə verilib. Səs yazılarında həqiqəti söyləyənlər və işə aidiyyatı olmayan kənar şəxslər hazırda rayon icra başçısı İbrahim Mustafayev və DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudverdiyev tərəfindən işdən azad olunmaqları ilə təhdid edilir” – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, jurnalist Zaur Qənbərov səfərbərlik üzrə hərbi komissarlığa çağırılsa da barəsində ittiham olduğundan hərbi xidmətə aparılmayıb.
Görəsən vətənə əsgərin lazım olduğu bir zamanda 30 yaşlı sağlam gənci saxta ittihamlarla jurnalistə qarşı  saxta ittihamlar təşkil etməklə Sosial Müdafiə Nazirliyinin Gədəbəy rayon şöbəsi nəyə nail olmaq istəyir.
Azərbaycan hazırda müharibə aparır. Ölkəmizin gerçəkdənmi bir jurnalistin həbsi kimi siyasi ləkəyə ehtiyacı varmı? Gədəbəy icra hakimiyyəti və Gədəbət rayon DSMF bununla nəyə nail olmaq istəyir? Bu suallara cavabı müvafiq hakimiyyıt orqanlarının öhdəsinə buraxırıq.

Bənzər yazılar

Korpus komandiri, general-mayor Hikmət Həsənov şəhid oldu – növbəti erməni yalanı(FAKE)

admin

Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi – FOTO

admin

SON DƏQİQƏ: Düşmən Bərdə və Goranboyu atəşə tutdu

admin

Prezident İlham Əliyev onun haqqında uydurulan mifi belə darmadağın etdi

admin

ŞOK: Ermənilər Tərtərdə İTV-nin maşınını vurdu – Avtomobil YANIR(YENİLƏNDİ)

admin

Azərbaycanda karantin rejimi yenidən BU TARİXƏ QƏDƏR UZADILDI

admin